Transfer dönəminin fəal komandalarından olan "Keşlə" daha bir oyunçunu heyətinə qatır. Matc.az saytının əldə etdiyi məlumata görə, Moldova millisinin qapıçısı Stanislav Namaşko paytaxt klubunun formasını geyinəcək.

2014-2016-cı illərdə AZAL-ın çərçivəsini qoruyan 33 yaşlı qolkiper karyerasını yenidən ölkəmizdə davam etdirəcək. Mövsümlərarası fasilədə Kamran Ağayev və Davud Kərimi ilə vidalaşan, əvəzində isə Rəşad Əzizlidən sonra Namaşko ilə anlaşan "Keşlə" bununla qapı xəttindəki problemi yoluna qoyub.

Son klubu Monteneqro təmsilçisi "Zeto" ilə Namaşko bakılıların baş məşqçisi Tərlan Əhmədova yaxşı tanışdı. çünki qapıçı məhz Əhmədovun rəhbərliyi altında AZAL-da çıxış edib.

Qeyd edək ki, bu, "Keşlə"nin yay fasiləsində * transferi olacaq. Namaşkoya qədər paytaxt təmsilçisi Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və İlkin Qırtımovu heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest