"Mançester Siti"nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasının yarımfinalında "Borussiya Dortmund"u keçə bilmədiyi üçün PSJ-ni tənqid edib.
 
Matc.az xəbər verir ki, bu barədə o, "Canal+"a açıqlama verib:
 
"PSJ yaxşı deyildi. Cavab matçında da lazım olan kimi oynamadılar. Kifayət qədər aqressiv olmadılar, sadəcə cərimə meydançası ətrafında qaçdılar - heç bir dəyişiklik müşahidə olunmadı.
 
"Dortmund"a gəlincə, onların ciddi ad olduğunu düşünürük, amma orta səviyyəli komandadır. PSJ-də hər kəs "Borussiya" rəqib düşəndə ​​xoşbəxt idi".
 
Qeyd edək ki, 1/2 final mərhələsinin hər iki oyunu 1:0 hesabı ilə Almaniya klubunun xeyrinə başa çatıb və "arılar" ÇL-in finalına vəsiqə qazanıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest