"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin agentləri onun xidmətlərini "Real"ın prezidenti Florentino Perezə təklif ediblər. Tonalinin İngiltərədə qalmaq istəyinə baxmayaraq, onun ətrafı Madrid klubuna mümkün transferi fəal şəkildə araşdırır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Tonalinin agentləri Madrid klubunun rəhbərliyinə "Nyukasl"ın ulduz oyunçusunu 80 milyon funt-sterlinqə (92 milyon avro) satmağa hazır olduğunu bildiriblər.

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer edə bilməsə Tonalini ehtiyat variant kimi nəzərdə tutur. İspaniya nəhəngi Rodrini transfer etmək şanslarının olduqca yüksək olduğuna inanaraq Tonali ilə danışıqlara başlamağa tələsmir.

Qeyd edək ki, Tonali bu mövsüm "Nyukasl"da 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" italyan futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest