"Barselona" "Mançester Yunayted"dən icarəyə götürdüyü hücumçu Markus Reşfordu 30 milyon avroya almaq imkanını itirib.

Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Bildirilir ki, katalonların əvvəllər oyunçunu qeyd olunan məbləğ müqabilində almaq seçimi var idi, lakin onun icarə müqaviləsindəki bu bənd mart ayında başa çatıb. "Barselona" hələ də ingilis futbolçunun icarə müddətini uzadacağına ümid edir, lakin ingilis klubu bu, maraqlı deyil.

Qeyd edək ki, bu mövsüm Reşford bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest