"Auqsburq"un yarımmüdafiəçisi Mert Kömür bir çox klubun transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sporrts" televiziyası məlumat yayıb.

"Milan", "Napoli", "Portu" və PSV türk əsilli futbolçu ilə yaxından maraqlanır. Adıçəkilən klublar Almaniya U-21 millisinin üzvünü Şimali İrlandiya ilə oyunda stadionda izləyiblər. 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin yayda Bundesliqa klubundan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Mert Kömür bu mövsüm "Auqsburq"un heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest