26 Mart 2026, 18:30
FUTBOL
"Napoli"nin hücumçusu Romelu Lukaku millilərin oyunları ilə əlaqədar yaranan fasilə zamanı klubun təlim-məşq bazasına gəlməyib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Futbolçu Belçikada fərdi qaydada məşq etmək niyyətində olduğunu bildirib. Lakin bu qərar klub rəhbərliyi ilə razılaşdırılmayıb.
"Napoli" rəhbərliyi bu addımı daxili qaydaların pozulması kimi qiymətləndirir. Klub oyunçuya qarşı intizam tədbirləri, o cümlədən maliyyə sanksiyalarının tətbiqini nəzərdən keçirir. Yekun qərarın aparılacaq daxili araşdırmadan sonra veriləcəyi gözlənilir.
Romelu Lukaku cari mövsümdə 7 oyunda iştirak edib və 1 qol vurub. 32 yaşlı hücumçu zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxıb.

_1774553668.jpg)
_1774552288.jpg)







_1774531527.jpg)
_1774529866.jpg)
