"Real" "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

London klubu argentinalı futbolçunu yalnız bir halda sata bilər. Belə ki, Premyer Liqa nəhəngi Fernandesə 100 milyon funt-sterlinq qiymət qoyub. "Zadəganlar" 25 yaşlı oyunçunu bundan aşağı məbləğə satmayacaqlar.

Qeyd edək ki, Entso Fernandes bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 12 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest