"Real"ın transfer siyahısında yer alan Rodri gələcəyi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi əvvəllər "Atletiko"da oynamasının onun "Real"a keçidinə mane olmayacağını deyib:

“Mançester Siti" ilə müqaviləmin bitməsinə bir il qalıb. Nə vaxtsa oturub bu məsələni müzakirə etməli olacağıq. "Atletiko"da çıxış etməyim "Real"da oynamağa mane olmur. Dünyanın ən yaxşı klublarından üz döndərmək olmaz. "Santyaqo Bernabeu" stadionunda oynamaq həmişə möhtəşəmdir, bu, çox qorxuducu atmosfer yaradır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest