26 Mart 2026, 14:16
FUTBOL
"Liverpul" PSJ-nin futbolçusu Bredli Barkolanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabris Hokins məlumat yayıb.
Fransalı vinger Paris təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib. "Liverpul" bu amildən yararlanaraq yayda Bakrolanı heyətinə qatmağa çalışacaq.
"Qırmızılar" 23 yaşlı futbolçunu yayda komandadan ayrılacağı gözlənilən Məhəmməd Salaha əvəzləyici kimi düşünür.
Qeyd edək ki, Bredli Barkola bu mövsüm PSJ-nin heyətində keçirdiyi 38 oyunda 12 qol vurub, 6 qol ötürməsi edib.



_1774531527.jpg)
_1774529866.jpg)







