"Real" Vinisius Juniorla müqavilənin müddətini uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Kral klubu"nun braziliyalı vingerlə anlaşmağa yaxın olduğu bildirilir. Yaxın vaxtlarda 25 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm "Real"ın heyətində keçirdiyi 43 oyunda 17 qol vurub, 13 qol ötürməsi edib. Onun klublaa hazırkı müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest