Londonun "Arsenal" klubu bu yay PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyanın transfer imkanlarını araşdırır.

Matc.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Bildirilir ki, oyunçunun nümayəndələri fərqli variantları nəzərdən keçirməyə istəkli deyillər. London klubunun Kvaratsxeliyanı transfer etməyi ciddi şəkildə nəzərdən keçirdiyi qeyd edilir.

PSJ rəhbərliyi isə gürcü hücumçunu saxlamaq niyyətində olduqlarını açıq şəkildə bildirib və onun üçün hər hansı təklifi nəzərdən keçirməkdən imtina edir.

Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ilin yanvar ayında PSJ-yə qoşulub. Bu mövsüm 25 yaşlı futbolçu bütün yarışlarda 37 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" hücumçunu 90 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest