2026-cı ildə İngiltərə Superkuboku oyunu "Uembli" Stadionunda keçirilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.

Ölkənin əsas arenası "The Weeknd"in konserti səbəbindən bu qarşılaşmaya ev sahibliyi edə bilməyəcək.

Kubok uğrunda oyunun avqustun 16-da keçirilməsi planlaşdırılıb. Matçın Kardiffdə baş tutacağı gözlənilir. Yerli stadion 2001–2006-cı illərdə, "Uembli" yenidən qurulduğu dövrdə, altı dəfə Superkubok oyunlarına ev sahibliyi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest