23 Mart 2026, 21:46
FUTBOL
"Beşiktaş"ın yarımmüdafiəçisi Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Mançester Yunayted" və "Tottenhem" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Hər iki klub "ağ-qaralar"ın kapitanı üçün yayda hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan transfer edib. 25 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.












