Belarus mətbuatında “İmişli”nin qapıçısı Andrey Sinenkonun "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər var.
Matc.az xəbər verir ki, 28 yaşlı qolkiperin meneceri Dmitri Xlebosolov "bel.football"ın müxbirinə verdiyi açıqlamada Ağdam təmsilçisinin oyunçuya maraq göstərdiyini təsdiqləyib:
"Statistikaya nəzər salsaq, Andrey hazırda Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən “Qarabağ”ın heyətinin formalaşdırılmasında kömək edən tanınmış agentə Sinenko ilə danışıqlar aparmaq üçün icazə vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksək səviyyəyə keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik".
Qeyd edək ki, Andrey Sinenko 2024-cü ilin yayından "İmişli"də çıxış edir. Belaruslu qapıçı bu mövsüm komandanın heyətində 26 oyunda meydana çıxıb.

_1774361809.jpg)






_1692637766.png)



