Mövsümün sonunda müqaviləsi başa çatan Yuri Berçiçe "Atletik"də qalacaq.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Bilbao təmsilçisi ispaniyalı sol cinah müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalayacaq. Artıq 36 yaşşlı futbolçu ilə razılıq əldə olunub. Klub yaxın günlərdə bununla bağlı rəsmi açıqlama edəcək.

Qeyd edək ki, Yuri Berçiçe bu mövsüm "Atletik"in heyətində keçirdiyi 32 oyunda 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest