Mövsümün sonunda müqaviləsi başa çatan Zeki Çelik "Roma"nın təklifini qəbul etməyib.

Matc.az xəbər verir ki, bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

Paytaxt klubu türkiyəli futbolçuya illik 4 milyon avro maaş təklif edib. 29 yaşlı sağ cinah müdafiəçisi isə 4 milyon avro məvacib tələb edir. Klubla oyunçu arasında müzakirələr davam edir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Zeki Çelik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest