"Kalyari"nin qapıçısı Elia Kaprile karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Aston Villa" və "Tottenhem" İtaliya millisinin üzvü olan qolkiperi transfer etmək istəyir. Hər iki klub 24 yaşlı "əlcək sahibi"ni yayda heyətinə qatmaq üçün səy göstərəcəklər.

Qeyd edək ki, Elia Kaprile bu mövsüm "Kalyari"nin heyətində keçirdiyi 32 oyunda qapısından 44 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest