23 Mart 2026, 15:36
FUTBOL
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyədə klub alacaq.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" nəşri mətbuat məlumat yayıb.
Nigeriyalı forvard “İstanbulspor”un səhmlərini almaq üçün danışıqlara başlayıb. İstanbul təmsilçisi Türkiyə I Liqasında mübarizə aparır. Komanda çempionatda 32 turdan sonra 39 xal toplayıb və turnir cədvəlinin 16-cı piləsində qərarlaşıb.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 29 oyunda 19 qol vurub, 7 qol ötürməsi edib.











_1774266570.jpg)
