"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə ilk oyununun başlama saatı müəyyənləşib. İyulun 11-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə ilk oyununun başlama saatı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. Komandalar arasında cavab matçı gələn ayın 18-də olacaq.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Arsenal"la (Rusiya) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest