"Real"ın cinah oyunçusu Vinisius Junior Alonsonun ayrılmasından sonra müqaviləsini yeniləmək ilə bağlı qərarını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, ispaniyalı məşqçinin Madrid klubunda çalışdığı dövrdə müqavilənin uzadılması ehtimalı az idi, lakin Alonsonun getməsindən sonra vəziyyət dəyişib.

Tərəflərin 2026-cı il dünya çempionatından sonra danışıqları bərpa etməsi gözlənilir, lakin braziliyalı indi "Real" ilə yeni müqavilə bağlamaqda qərarlıdır. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 28 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçini 150 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest