"Brayton"un 21 yaşlı argentinalı yarımmüdafiəçisi Fakundo Buonanotte "Çelsi"dəki icarə müddətini erkən başa vurub və cari mövsümün sonuna qədər icarə əsasında "Lids"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə "qağayılar"ın mətbuat xidməti məlumat yayıb.
Oyun vaxtının azlığı səbəbindən "Brayton" oyunçunu geri çağırmaq qərarına gəlib. 21 yaşlı yarımmüdafiəçi indi yaya qədər "Lids"də bacarığını sınayacaq. "Brayton" ümid edir ki, bu transfer ona ötən mövsüm "Lester Siti"də icarə əsasında göstərdiyi uğuru (35 oyun, 6 qol, 3 məhsuldar ötürmə) təkrarlamağa imkan verəcək.
Qeyd edək ki, Buonanotte yay "transfer pəncərəsi"nin son günündə "Çelsi"yə keçib, lakin London klubunun start heyətində yer ala bilməyib. "Çelsi" olduğu müddətdə argentinalı futbolçu cəmi 7 oyunda (3-ü Çempionlar Liqasında) iştirak edib və kubok matçında "Linkoln Siti"yə qarşı bir qol vurub.












