15 Yanvar 2026, 12:26
FUTBOL
"Real" İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Albasete"yə 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Matc.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa II Liqa təmsilçisi ilə oyundakı məğlubiyyətin günühkarının özü olduğunu bildirib:
Bu, mənim səhvimdir. Məğlubiyyətə görə ən çox mən məsuliyyət daşıyıram. Bundan sonra La Liqa və Çempionlar Liqasını düşünürük. Bunlar bizim ən böyük hədəflərimizdir".
Qeyd edək ki, Alvaro Arbeloa "Real"ın baş məşqçisi postunda istefaya göndərilən Xabi Alonsonu əvəz edib.







_1768477185.jpg)




