15 Yanvar 2026, 13:21
FUTBOL
"Arsenal" baş məşqçi Mikel Artetanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikilo Skira məlumat yayıb.
London klubu yaxın vaxtlarda ispaniyalı mütəxəssislə danışıqlara başlayacaq. "Topçular" 43 yaşlı məşqçinin 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsini daha 2 il artırmağı düşünürlər.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabr ayında "Arsenal"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Premyer Liqada 21 turdan sonra 49 xalla liderdir.

_1768490212.jpg)








_1768477185.jpg)

