Ən maraqlı fakt kolumbiyalıların “İmişli”yə başqa bir Premyer Liqa klubunun rəhbərinin vasitəsi ilə gəlməsidir. “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev klubu ilə yanaşı şəxsi biznesini də düşünür və “İmişli”yə rəhbərlik edən dostları üçün bacarığını sərgiləyir. O, kolumbiyalılardan bir neçəsini “İmişli”yə verib faizini almaq, digərlərini də başqa komandalara, o cümlədən I Liqa təmsilçilərinə yerləşdirmək niyyətindədir.
“İmişli” mövsümarası fasilə dövründə ilk yoxlama oyunu keçirib. Premyer Liqanın debütantı I Liqanın aşkar autsayderi “Şimal”la üz-üzə gəlib.
Matc.az Futbolinfo.az-a istinadən xəbər verir ki, oyun ötən həftəsonu keçirilsə də, bu barədə klublardan heç biri məlumat paylaşmayıb. Qarşılaşmanın gizli təşkil etməsinin isə səbəbi var.
Belə ki, “İmişli” bu matçda baxışa çağırdığı əcnəbiləri sınayıb. Düşərgədə olanların kimliyi və sayı o qədər gözlənilməzdir ki, bölgə təmsilçisi xəbərin mətbuata çıxmasından ehtiyat edib. Hər halda, birdən-birə Kolumbiyadan 9 əcnəbiyə düşərgədə yer vermək heç də normal bir şey deyil. Peşəkar klubun müasir dövrdə eyni vaxtda bir ölkədən olan bu qədər oyunçunu eyni vaxtda sınaması daha çox bazar təfəkkürünün məhsuludur. Cənubi amerikalı dəstə eyni vaxtda baxışa gəlməyə razılıq veribsə, onların da səviyyəsi ciddi sual doğurur.
Ən maraqlı fakt kolumbiyalıların “İmişli”yə başqa bir Premyer Liqa klubunun rəhbərinin vasitəsi ilə gəlməsidir. “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev klubu ilə yanaşı şəxsi biznesini də düşünür və “İmişli”yə rəhbərlik edən dostları üçün bacarığını sərgiləyir. O, kolumbiyalılardan bir neçəsini “İmişli”yə verib faizini almaq, digərlərini də başqa komandalara, o cümlədən I Liqa təmsilçilərinə yerləşdirmək niyyətindədir.
Yeri gəlmişkən, yoxlama matçı “İmişli”nin 5:0 hesablı qələbəsi ilə bitib. Kolumbiyalılar arasında da fərqlənən olub.







_1768491808.jpg)
_1768490212.jpg)



