15 Yanvar 2026, 12:57
FUTBOL
Till III Bundesliqada mübarizə aparan "Manhaym"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
"Zirə"nən ayrılan Vensan Tillin yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, lüksemburqlu vinger karyerasını Almaniyada davam etdirəcək.
Till III Bundesliqada mübarizə aparan "Manhaym"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, mövsümün əvvəlində "Zirə"yə keçən Vensan Till oktyabr ayında komandadan ayrılıb. O, "qartallar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb. Till daha əvvəl "Sabah"ın formasını geyinib.








_1768477185.jpg)



