15 Yanvar 2026, 12:42
FUTBOL
"Tottenhem" heyətinə yeni müdafiəçi cəlb edəcək.
Matc.az xəbər verir ki, London təmsilçisi "Santos"da çıxış edən Souzanın keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Braziliyalı futbolçu bu gün İngiltərə klubu üçün tibbi müayinədən keçəcək. "Tottenhem" 19 yaşlı sol cinah müdafiəçisinə görə Braziliya klubuna 14 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Souza "Santos"un yetirməsidir. Gənc oyunçu əsas komandanın heyətində keçirdiyi 56 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.







_1768477185.jpg)




