15 Yanvar 2026, 01:00
FUTBOL
Tunis millisini Sabri Lamuşin çalışdıracaq.
Matc.az xəbər verir ki, fransalı mütəxəssis daha əvvəl istefaya göndərilən Sami Trabelsini əvəzləyib.
Lamuşin qarşısına qoyulan əsas məqsəd yığmanı DÇ-2026-ya hazırlamaqdır.
Lamuşi daha əvvəl Fil Dişi Sahili millisini çalışdırıb. Mütəxəssisin karyerasında "Renn" (Fransa), "Nottinqem Forest" (İngiltərə), "Kardiff Siti" (Uels), "Əl-Duhail" (Qətər), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Əl-Diriyah" klubları da var.
Qeyd edək ki, Tunis yığması mundialda Yaponiya, Niderland və UEFA pley-off mərhələsinin qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya) ilə qarşılaşacaq.












