14 Yanvar 2026, 18:40
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ"ın Bakıda "Ayntraxt"a (Almaniya) qarşı keçirəcəyi ounun biletlərinin satışa çıxacağı tarix müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə Ağdam təsmilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi biletlərin bu həftəsonu satışda olacağını söyləyib.
Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.








_1768406186.jpg)



