08 Yanvar 2026, 14:58
FUTBOL
"Bornmut" "Arsenal"ın yarımmüdafiəçisi İtan Nvaneri ilə maraqlandığını bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
Bildirilir ki, "Bornmut" potensial icarə ilə bağlı 18 yaşlı ingilis futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar, lakin Nvanerinin özü mövsümü "topçular"da başa vurmağın daha məqsədəuyğun olacağına inanır.
Nvaneri bu mövsüm bütün yarışlarda 11 oyun keçirib və bir qol vurub.
Qeyd edək ki, yarımmüdafiəçi ötən yay "Arsenal"la 2030-cu ilə qədər yeni müqavilə imzalayıb.

_1767957977.jpg)
_1767956472.jpg)

_1767955701.jpg)







