05 Yanvar 2026, 12:35
FUTBOL
"Neftçi"nin hücumçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
Kamerunlu forvard "Vasko da Qama"ya təklif olunub. Klub 33 yaşlı futbolçunu heyətinə qatmaq ehtimalını dəyərləndirir. Abubakar özü Braziliyaya köçməyə isti yanaşır.
Qeyd edək ki, Vensan Abubakar 2025-ci ilin oktyabr ayından "Neftçi"də çıxış edir. O, "ağ-qaralar"ın heyətində keçirdiyi 10 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.








_1767717074.jpg)



