Braziliyalı cinah müdafiəçisi Savinyo "Mançester Siti"nin zədəlilər sırasına qoşulub.
Matc.az xəbər verir ki, bu barədə "OneFootball" məlumat yayıb.
Bildirilir ki, Savino hələ yanvarın 1-də "Sanderlend"lə oyunda (0:0) zədə alıb, bundan sonra "Çelsi" və "Brayton"la oyunları buraxıb. Lakin "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yalnız "Brayton"la oyundan sonra cinah müdafiəçisinin geri dönüşü üçün təxmini vaxt verib.
"O, nə qədər müddətə meydandan kənarda qalacaq? Uzun müddət. Bilmirəm, bəlkə bir ay yarımdan iki aya qədər. Amma o, geri qayıdacaq", - ispan məşqçi bildirib.
21 yaşlı braziliyalı oyunçu komandanın son günlərdə üçüncü əhəmiyyətli itkisidir. Ruben Dias və Yoşko Qvardiol da zədəlidir.
Qeyd edək ki, bu mövsüm Savinyo "Mançester Siti"nin heyətində bütün yarışlarda 23 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.










_1763570628_1767965300.jpg)

