Polşalı cinah oyunçusu Oskar Pietuşevski "Yagelloniya"dan "Porto"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Porto" 17 yaşlı oyunçu ilə 5 yanvar 2029-cu ilə qədər müqavilə imzalayıb. Transferin dəyəri 10 milyon avro təşkil edib.

Qeyd edək ki, Pietuşevski "Yagelloniya"da 54 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest