08 Yanvar 2026, 14:40
FUTBOL
"Latsio"nun futbolçusu Matteo Genduzi karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Fransa millisinin üzvü artıq İstanbula yollanıb.
Bu transfer üçün "Fənərbaxça" Roma klubuna 29 milyon avro ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından "Latsio"nun formasını geyinirdi. O, bu mövsüm "Latsio"da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

_1767957977.jpg)
_1767956472.jpg)

_1767955701.jpg)







