"Mançester Siti"nin hücumçusu Erlinq Haland üçün "Brayton"a (1:1) qarşı oyun əlamətdar olub.

Matc.az xəbər verir ki, Haland bu oyunda 150-ci qolunu vurub.

"Mançester Siti"nin mətbuat xidməti Halandı bu nailiyyət münasibətilə təbrik edib. Erlinq 150 qol həddini keçmək üçün bütün yarışlarda 173 oyun keçirməli oluv. O, həmçinin 25 məhsuldar ötürmə də edib.

Qeyd edək ki, Haland "Mançester Siti"yə 2022-ci ilin yayında "Borussiya"dan transfer olunub. "Transfermarkt"da norveçli hücumçunun hazırkı dəyəri 200 milyon avrodur və bu, onu dünyanın ən bahalı üç futbolçusundan biri edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest