DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir milli komanda müəyyənləşib.

Matc.az xəbər verir ki, Əlcəzair yığması gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala vəsiqəni təmin edib.

Vladimir Petkoviçin rəhbərlik etdiyi kollektiv Afrika zonası üzrə seçmə mərhələnin 9-cu turunda səfərdə Somalini 3:0 hesabı ilə məğlub edib. Xallarını 22-yə yüksəldən komanda son tur ərəfəsində ən yaxın izləyicisi Uqandanı 44 xal qabaqlayır.

Əlcəzair DÇ-2026-da iştirakı rəsmiləşən 20-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest