Qapıçı Uğurcan Çakır, müdafiəçilər İsmail Yakobs, Davinson Sançes, Abdulkerim Bardakcı və Roland Şallai, vinger Noa Lanq, hücumçu viktor Osimhen limitdədir.

"Qalatasaray" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində İstanbulda "Liverpul"u qəbul edəcək.

Matc.az xəbər verir ki, qarşılaşma öncəsi "sarı-qırmızılar"da ciddi problemlər var. "Cim bom"un 7 futbolçusu sarı vərəqə limitindədir.

Qapıçı Uğurcan Çakır, müdafiəçilər İsmail Yakobs, Davinson Sançes, Abdulkerim Bardakcı və Roland Şallai, vinger Noa Lanq, hücumçu viktor Osimhen limitdədir. Onlardan hər hansı biri sarı vərəqə alsa, cavab görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" matçı sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest