09 Mart 2026, 10:32
FUTBOL
"Yuventus" "Nitsa"dan icarəyə götürdüyü Ceremi Boqanın transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Turin təmsilçisi Fil Dişi Sahili millisinin üzvü üçün Fransa klubuna 4,8 milyon avro təzminat ödəyəcək. 29 yaşlı vingerlə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Yuventus" Ceremi Boqanı mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli futbolçu "ağ-qaraalar"ın heyətində keçirdiyi 27 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.



_1773058412.jpg)








