Niderland çempionatında 26-cı turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Volendam" səfərdə "NEK Neymeqen"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da matçın iştirakçısı olub. Start heyətində meydana çıxan 27 yaşlı hücumameyilli yarımmüdafiəçi 84-cü dəqiqədə əvəzlənib.

26 turdan sonra aktivində 27 xal olan "Volendam" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest