Polşa çempionatında 24-cü turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Qornik"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Dadaşov da matçda iştirak edib. 26 yaşlı forvard 73-cü dəqiqədə meydana daxil olub.

24 turdan sonra 31 xal toplayan "Motor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest