09 Mart 2026, 11:15
FUTBOL
"Nottingem Forest"in yarımmüdafiəçisi İbrahim Sanqare Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Yunayted" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. "Qırmızı şeytanlar" Sanqareni yayda heyətinə qatmağa çalışacaq. Klubu 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, İbrahim Sanqare bu mövsüm "Nottingem Forest"in heyətində keçirdiyi 32 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.



_1773058412.jpg)








