Liviya milli futbol komandasının qapıçısı Murad Əl-Vuhişi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kabo-Verde ilə oyunda qəsdən qayda pozuntusunda şübhəli bilinir.

Matc.az xəbər verir ki, bu barədə "BSN Sports" məlumat yayıb.

Çərşənbə günü keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Hesab 3-1 Liviyanın xeyrinə olan zaman, Kabo-Verde millisinin futbolçusu Sidney Kabral 76-cı dəqiqədə meydanın mərkəzinə yaxın yerdən zərbə ilə fərqlənib. Top liviyalı qapıçının ayaqları arasından qapıya daxil olub. Bu, liviyalı azarkeşlərin qəzəbinə səbəb olub. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Liviya Futbol Federasiyası qapıçının səhvləri ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Liviya millisi 9 oyundan sonra 15 xalla seçmə qrup D qrupunun üçüncü pilləsində qərarlaşıb. Kabo-Verde birinci (20 xal), Kamerun isə ikincidir (18). Hər qrupun qalibləri 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq və ikinci yeri tutan ən yaxşı dörd komanda pley-off mərhələsində oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest