"Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdi. Mənimlə birlikdə "Arsenal"da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq. Düşünürəm ki, ÇL-də oynamalıyıq".

Sabah Avropa Liqasının finalında "çelsi" ilə qarşılaşacaq "Arsenal"da bu gün oyunöncəsi mətbuat konfransı olub. Matc.az saytının məlumatına görə, "topçular"ın futbolçuları - müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka jurnalistlərin suallarını cavablandırıb.

- Düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?

Sokratis Papastatopulos - Hesab edirəm ki, sabah bütün yunan xalqı "Arsenal"ı və bizi dəstəkləyəcək.

- Ola bilər ki, sabah Kosielni "Arsenal"da sonuncu matçına çıxsın. Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdı?

S.P. - Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdı. Ondan sonra digər məslələr barədə düşünərik.

- Mxitaryanın sabah meydanda olmaması sizin üçün nə deməkdi?

S.P. - Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq.

- Komandanız Bakıya mayın 25-də, "çelsi" isə dünən gecə gəlib. Bu, sizə əlavə üstünlük verir?

Qranit Caka - Tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq.

- Mxitaryanın olmaması nə dərəcədə ədalətlidi?

Q.C. - Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. İndi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdı.

- Sabah dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə - Eden Azarla qarşı-qarşıya gələcəksiniz. Buna necə hazırlışmısınız?

S.P. - Bir adama qarşı deyil, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdı.

- Emeri 3 dəfə bu turnirin qalibi olub. özünüzdə nə dərəcədə məsuliyyət hiss edirsiniz?

Q.C. - Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qələbə qazanmaqla onu məmnun edək.

- Bu turnirdə qələbə qazanmaq həm də çL-ə vəsiqə deməkdi. Bu barədə nə deyə bilərsiniz?

Q.C. - Düşünürəm ki, çL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdı və ondan maksimum istifadə etmək istəyirik.

- "Arsenal"ın səfərdə yaxşı çıxış etmədiyi deyilirdi, amma "Napoli" və "Valensiya" ilə oyunlar bu düşüncəni dəyişdi. Siz nə fikirləşirsiniz?

Q.C. - Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdi.

- Avrokuboklarda qələbə qazanan o qədər də çox isveçrəli oyunçu yoxdu. Sizin üçün bu titul nə qədər önəmlidi?

Q.C. - Mənimlə birlikdə "Arsenal"da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq.

Zaur XUDİYEV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest