"İngiltərə Premyer Liqasında "Mançester Siti" və "Liverpul"un ardından üçüncü yeri tutduq, Liqa Kubokunda və Avropa Liqasında finala yüksəldik. Belə bir mövsümün ardından Sarrinin gedişi məni təəccübləndirər". Matc.az saytının məlumatına görə, bu sözlər "çelsi"nin yarımmüdafiəçisi Jorjinyoya məxsusdu.

İtaliya millisinin üzvü yerli mətbuata açıqlamasında Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşüb. 28 yaşlı orta sahə oyunçusu "Napoli"dən birlikdə gəldiyi baş məşqçi Mauritsio Sarrini müdafiə edib. O, eyni zamanda finalda qalib gəlməyi hədəflədiklərini vurğulayıb: "Bizim üçün pozitiv mövsüm oldu. Sarrinin rəhbərliyi altında komanda əvvəlkindən daha rahat görünür. O ki qaldı Avropa Liqasındakı şansımıza, özümüzə güvənməli və kuboku qazanacaq gücdə olduğumuzu bilməliyik. Əla futbolçulara malikik. Evə kubokla dönə bilərik".

Jorjinyo "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməməsi məsələsinə də toxunub. Braziliya əsilli oyunçu finalda meydandakı mübarizədən başqa heç nə barədə düşünməməyin doğru olduğunu deyib: "Bu, beynəlxalq dərəcəli oyundu. Finalda iştirak edən komanda kimi, yalnız meydandakı mübarizəyə köklənmişik. Yeganə doğru yol budu. Başqa heç nə barədə düşünmürük".

Qeyd edək ki, mayın 29-da "çelsi" ilə "Arsenal" arasında Bakı Olimpiya Stadionunda baş tutacaq həlledici qarşılaşma saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest