"Boluspor" bu qələbə ilə pley-offun yarımfinalına yüksəlib. "Ağ-qırmızılar" burada "Bandırmaspor"la qarşılaşacaq. Qalib gələn komanda Super Liqaya vəsiqə uğrunda "Fatih Karagümrük"lə fnal görüşünə çıxacaq
Türkiyə I Liqasında Super Liqaya vəsiqə üçün pley-off oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" "İstanbulspor"la üz-üzə gəlib. Qarşılaşma Bolu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal İsgəndərli bu matçın iştirakçısı olmayıb. 29 yaşlı vinger sonq qədər ehtiyatda qalıb.
"Boluspor" bu qələbə ilə pley-offun yarımfinalına yüksəlib. "Ağ-qırmızılar" burada "Bandırmaspor"la qarşılaşacaq. Qalib gələn komanda Super Liqaya vəsiqə uğrunda "Fatih Karagümrük"lə fnal görüşünə çıxacaq.