İngiltərə Premyer Liqası sosial şəbəkələrdə 2024/2025-ci il mövsümünün sonunda ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını dərc edib.

Matc.az xəbər verir ki, szarkeşlərin səsverməsi mayın 19-dək davam edəcək.

"Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt (32 oyun, 6 qol, 8 məhsuldar ötürmə);

"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberç (35 oyun, 4 məhsuldar ötürmə);

"Nyukasl Yunayted"in hücumçusu Aleksander İsak (33 oyun, 23 qol, 6 məhsuldar ötürmə);

"Brentford"un hücumçusu Brayan Mbemo (36 oyun, 18 qol, 7 məhsuldar ötürmə);

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays (33 oyun, 3 qol, 7 məhsuldar ötürmə);

"Liverpul"un hücumçusu Məhəmməd Salah (36 oyun, 28 qol, 18 məhsuldar ötürmə);

"Liverpul"un müdafiəçisi Vircil van Deyk (36 oyun, 3 qol, 1 məhsuldar ötürmə, 14 qapıçı);

"Nottingem Forest"in hücumçusu Kris Vud (34 oyun, 20 qol, üç məhsuldar ötürmə).

Qeyd edək ki, ötən mövsümün nəticələrinə görə, mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest