15 May 2025, 10:30
FUTBOL
İspaniya La Liqasını tərk edəcək ikinci komandanın adna aydınlıq gəlib.
Matc.az xəbər verir ki, mövsümün bitməsinə 2 tur qalmış "Las Palmas"ın elita ilə vidalaşacağı dəqiqləşib.
"Alaves"in 36-cı turda "Valensiya"nı məğlub etməsindən sonra "sarı-mavilər"in La Liqanı tərk edəcəyi dəqiqləşib. Belə ki, 19-cu yerdə olan "Las Palmas" 17-pillədən 6 xal geri qalır.
Qeyd edək ki, bir neçə tur əvvəl "Valyadolid"in də 2-ci La Liqaya düşəcəyi dəqiqləşib.