"Beşiktaş" heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Matc.az "Takvim" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Nasyonal"da çıxış edən Ze Vitorla maraqlanır.

"Qara qartallar"ın braziliyalı mərkəz müdafiəçisi üçün danışıqlara başlamağa hazırlaşdığı bildirilir. Portuqaliya klubu futbolçusunu 3 milyn avroya satmağa hazırdır.

Qeyd edək ki, Ze Vitor mövsümün əvvəlində "Nasyonal"a keçib. 24 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest