"Real" "Benfika"nın sol cinah müdafiəçisi Alvaro Karrerası transfer etmək istəyir və onun keçid xərclərini azaltmağa çalışır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.

Bildirilir ki, Madrid klubunun rəhbərliyi 22 yaşlı futbolçu ilə mayın sonuna qədər müqavilə bağlamaq niyyətindədir. İspan müdafiəçinin müqaviləsində 50 milyon avroluq satın alma bəndinin göstərildiyi vurğulanır, lakin "Real" bu məbləği şişirdilmiş hesab edir.

Qeyd edək ki, Karreras bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest