13 May 2025, 21:05
FUTBOL
Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçular Lionel Messi və Dieqo Maradona arasında seçim edib.
Matc.az xəbər verir ki, o, Messiyə üstünlük verdiyini deyib.
"Messi, yoxsa Maradona? Messini seçəcəyəm, çünki onunla işləyirəm və onun necə bir oyunçu olduğunu bilirəm. Məncə, onları müqayisə etməyin mənası yoxdur, çünki onların oyunundan həzz almaq lazımdır. Əminəm ki, hər ikisi 70-ci, 80-ci, 90-cı illərdə özlərini əla göstərə bilərdilər və indi də yaxşı futbolçu özünü yaxşı futbolçu olaraq göstərə bilər".
Qeyd edək ki, Messi Argentina millisində 191 oyun keçirib, 112 qol vurub. Maradona 91 oyun keçirib, 34 qol vurub.