13 May 2025, 16:50
FUTBOL
"Qalatasaray"ın futbolçusu Eyüp Aydın yayda komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, tür yarımmüdafiəçiyə Almaniya və İtaliyadan təkliflər var. Bu barədə İtaliya mətbuat məlumat yayıb.
Almaniyadan "Auqsburq", İtaliyada isə A Seriyasına yüksələn "Sassuolo" Eyüpü transfer etmək istəyir. Gənc futbolçu özü də İstanbul klubunda forma şansı qazana bilmədiyi üçün ayrılığa isti yanaşır.
Qeyd edək ki, "Qalatasaray" Eyüp Aydını 2023-cü ildə "Bavariya"da transfer edib. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ı heyətində keçirdiyi 3 oyunda 1 qol vurmağı bacarıb.